Mayın 4-də Bakıda Azərbaycan İnsan Resursları Peşəkarları (AİRP) Platformasının təşkilatçılığı, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) tərəfdaşlığı ilə “İnsan resursları biznes tərəfdaşınız kimi” şüarı ilə AİRP 2019 İllik İnsan Resursları konfrans və sərgisi keçirilir.
NUHÇIXAN xəbər verir ki, tədbirdə ASK-nın prezidenti Məmməd Musayev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlardan, sahibkarlığın inkişafı istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, son illər ölkədə yoxsulluq səviyyəsinin minimuma endirilməsi, insan kapitalına xüsusi önəm verilməsi və əhalinin sosial-iqtisadi inkişafının yaxşılaşdırılması dövlətin əsas hədəflərindən biridir.
Qeyd edilib ki, Azərbaycanda sərmayə qoyuluşu üçün sahibkarlara münbit şərait yaradılıb.
Tədbir işini panel iclasları ilə davam etdirir.