Qarabağın yeni nəqliyyat marşrutlarından biri olacaq Ağdam–Xankəndi dəmir yolu xəttinin tikintisi davam edir.
Bu barədə NUHÇIXAN-a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
Bildirilib ki, dəmir yolu xətti üzrə layihələndirmə işlərinin 90, tikinti işlərinin isə 44 %-ə yaxını başa çatıb. Ümumi uzunluğu 30,8 kilometr olan dəmir yolu xətti boyunca 6 körpü, 5 avtomobil alt keçidi, 2 piyada keçidi və 47 ehtiyat keçid də daxil olmaqla, ümumilikdə 130 mühəndis qurğusunun inşası nəzərdə tutulur.
"Ağdam–Xankəndi dəmir yolu xətti üzrə inşa olunacaq Əsgəran və Xocalı stansiyalarının konsept layihələri artıq tamamlanıb. Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin isə tikinti işləri sürətlə davam etdirilir", - məlumatda qeyd olunub.
