Altı ayda “Şahdəniz”dən 14 milyard kubmetr qaz və 2 milyon ton kondensat hasil olunub

A- A A+

Bu ilin birinci yarısında “Şahdəniz” yatağından ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 14 milyard standart kubmetr təbii qaz və təxminən 2 milyon ton (təqribən 15 milyon barel) kondensat hasil edilib.

bp şirkətindən NUHÇIXAN-a bildirilib ki, altı ayda “Şahdəniz” yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (“GOGC” şirkətinə), Türkiyə (“BOTAŞ” şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün Bakı-Tbilisi-Ceyhana və Avropadakı alıcılara qaz çatdırılması davam edib.

Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündəlik təxminən 76,8 milyon (ildə təqribən 28 milyard) standart kubmetrdir.

İlin birinci yarısında “Şahdəniz” üzrə fəaliyyətlərə təxminən 1 milyard 394 milyon dollar əməliyyat xərcləri və təxminən 712 milyon dollar əsaslı xərclər çəkilib.

“Şahdəniz”də iştirak payları belədir: bp (operator – 29,99%), “LUKOIL” (19,99%), “TPAO” (19%), Cənub Qaz Dəhlizi (16,02%), “NICO” (10%), “MVM” (5%).

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: