Gömrük-biznes əməkdaşlığı çərçivəsində görüş keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Baş Gömrük İdarəsinin təşəbbüsü ilə gömrük-biznes əməkdaşlığı çərçivəsində “Badamlı Mineral Sular” MMC-də görüş keçirilib.

“Badamlı Mineral Sular” MMC-nin içraçı direktoru Azad Həsənov müəssisə haqqında, o cümlədən istehsal prosesinin mərhələləri, məhsul çeşidləri, istehsal gücü və həcmi barədə məlumat verib.

Görüşdə Naxçıvan Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüqar Əliyev rəsmiləşdirmə proseslərinin sürətləndirilməsi istiqamətində tətbiq edilən yeniliklərdən bəhs edib, xidmət səviyyəsinin, şəffaflığın yüksəldilməsi, gömrük əməliyyatlarının sadələşdirilməsi istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib, idxal-ixrac əməliyyatları zamanı qarşıya çıxan məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Sonda biznes nümayəndələrinin rəy və təklifləri dinlənilib, suallar cavablandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: