Culfa rayonunda yerləşən “Xoşgəri I” qum-çınqıl yatağı üzrə hərrac keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin inzibati binasında yer təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac təşkil edilib.
Hərraca Culfa rayonu ərazisində yerləşən “Xoşgəri I” qum-çınqıl yatağı çıxarılıb. Başlanğıc qiyməti 13 850 (on üç min səkkiz yüz əlli) manat müəyyən edilən hərrac 17 800 (on yeddi min səkkiz yüz) manatla yekunlaşıb.
Qeyd edək ki, hərrac Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixli, 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yer təkinin istifadəyə verilməsi üzrə hərracların (auksion və müsabiqələrin) keçirilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilib.