Dövlət qurumlarının informasiya resurslarında aşkarlanan təhlükəsizlik boşluqları 50 faizədək azalıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı dövlət qurumlarının 472 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb.
NUHÇIXAN Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nəzdində fəaliyyət göstərən Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinə (Dövlət CERT-i) istinadla xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 49,2 faiz azdır.
Təkcə iyul ayında dövlət qurumlarının 73 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb. Bu göstərici ötən ilin iyul ayı ilə müqayisədə 2,6 dəfə çoxdur.
