Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 146 milyon manat vergi daxil olub.
NUHÇIXAN quruma istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 3,8 % çoxdur.
Ötən 7 ayda muxtar respublikada qeyri-dövlət sektorundan daxilolmalar 104,4 milyon manat təşkil edib. İllik müqayisədə bu sektordan vergi daxilolmaları 9,5 % çox olub.
Hesabat dövründə Naxçıvanda işsizlikdən sığorta haqları üzrə daxilolmalar isə 4,5 % artaraq 2,8 milyon manat olub.
