Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 18 faizdən çox artıb - FOTOLAR

A- A A+

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 18,3 faiz artaraq 2,5 milyard dollar təşkil edib.

NUHÇIXAN İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) istinadla xəbər verir ki, cari ilin iyul ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 faiz artaraq 384,8 milyon dollar təşkil edib.

Ümumilikdə bu dövr ərzində yeyinti məhsulları üzrə ixrac 123 milyon dollara bərabər olub. Qeyri-yeyinti məhsullarının ixracı isə 26 faiz artaraq 261,8 milyon dollara bərabər olub.

Cari ilin yanvar-iyul aylarında ixrac olunan şəkər tozu ötən ilin müvafiq dövrünə nəzərən 2,6 dəfə, pambıq ipliyi 81,9 faiz, bitki və heyvan mənşəli piylər və yağlar 39,5 faiz, alüminium və ondan hazırlanan məmulatlar 39,4 faiz, pambıq lifi 24,9 faiz, qara metallar və onlardan hazırlanan məmulatlar 23,3 faiz, çay 19,5 faiz, meyvə-tərəvəz 16,4 faiz, spirtli və spirtsiz içkilər isə 3 faiz artıb.

Yeddi ayda aqrar məhsullar üzrə ixrac 22,1 faiz artaraq 673,4 milyon dollar, aqrar-sənaye məhsulları üzrə ixrac 24,8 faiz artaraq 223,1 milyon dollar təşkil edib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 22,8 faiz artaraq 896,4 milyon dollara bərabər olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: