Bu ilin yanvar-iyul aylarında sənaye sektorunda 38 milyard 902,4 milyon manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,3 faiz çox sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, hesabat dövründə qeyri-neft-qaz sənayesində 12 milyard 724,8 milyon manatlıq məhsul istehsal olunub. Bu da keçən ilin analoji dövrünə nisbətən 4,4 faiz çoxdur.
