Naxçıvanda indiyə qədər 5 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb

A- A A+

İndiyə qədər Naxçıvan Muxtar Respublikasında "ƏDV geri al" layihəsi çərçivəsində istehlakçılara 5,3 milyon manat ƏDV məbləği geri qaytarılıb.

NUHÇIXAN xəbər verir ki, bunun 1,2 milyon manatı bu ilin yanvar-iyul aylarının payına düşüb.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19 % çoxdur.

Xatırladaq ki, ötən 7 ayda Azərbaycanda pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə, işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin 122 milyon 86,6 min manatlıq hissəsi fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: