Yarım ildə keçirilən 48 depozit hərracının orta həcmi 1,4 milyard manatdan çox olub

A- A A+

Bu ilin ilk 6 ayında Azərbaycan Mərkəzi Bankı avtonom amillərin monetar şəraitə təsirini neytrallaşdırmaq və AZIR indeksinin uçot dərəcəsinə yaxın trayektoriyada formalaşmasını dəstəkləmək məqsədilə əsasən 7 günlük depozit əməliyyatlarından istifadə edib. Yanvar-iyun aylarında 48 depozit hərracı keçirilib. Bu hərracların orta həcmi 1 milyard 423 milyon manat olub.

NUHÇIXAN Mərkəzi Bankın yarım illik "Pul Siyasəti İcmalı"na istinadla xəbər verir ki, açıq bazar əməliyyatları çərçivəsində müxtəlif müddətli – 28 günlük (1 ay), 84 günlük (3 ay), 168 günlük (6 ay) və 252 günlük (9 ay) notların yerləşdirilməsi üzrə hərraclar davam etdirilib. Hesabat dövründə hər bir müddət üzrə 23 dəfə olmaqla ümumilikdə 92 not hərracı keçirilib. Mərkəzi Bankın not portfelinin ümumi həcmi dövrün sonuna 484 milyon manat təşkil edib ki, bu da ötən ilin sonu ilə müqayisədə 113 milyon manat çoxdur.

Dövr ərzində qısamüddətli notların gəlirliliyində də azalma müşahidə olub. Belə ki, bu ilin iyun ayında keçirilən son hərraclarda formalaşan gəlirlilik ötən ilin sonu ilə müqayisədə bütün müddətlər üzrə enib. Belə ki, gəlirlilik 28 günlük notlarda 6,75 faizdən 6,54 faizə, 84 günlük notlarda 6,68 faizdən 6,49 faizə, 168 günlük notlarda 6,80 faizdən 6,48 faizə, 252 günlük notlarda isə 6,85 faizdən 6,50 faizə düşüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: