Kriptovalyuta bazarında son 24 saat ərzində bir sıra əsas aktivlərin qiymətlərində artım qeydə alınıb.
NUHÇIXAN xəbər verir ki, əsas altkoinlərdən Ethereum (ETH) 0,74% bahalaşaraq 1 884,61 ABŞ dollarına, BNB isə 2,03% artaraq 610,48 ABŞ dollarına yüksəlib.
Bazarın lideri olan Bitcoin (BTC) son 24 saatda 0,37% ucuzlaşaraq 63 589,44 ABŞ dollarına enib. Həmçinin, Hyperliquid (HYPE) də 0,56% ucuzlaşaraq 54,72 ABŞ dollarına düşüb.
Digər əsas kriptovalyutalardan XRP 1,48%, Solana (SOL) 0,41%, TRON (TRX) isə 1,31% bahalaşıb. Son 24 saatda ilk onluqda ən çox bahalaşan aktiv Dogecoin (DOGE) olub. Onun qiyməti 2,10% artaraq 0,07149 ABŞ dollarına çatıb.
Tether (USDT) və USD Coin (USDC) isə dəyişməyərək müvafiq olaraq 0,9990 və 0,9999 ABŞ dolları səviyyəsində ticarət olunub.
