Bu ilin yanvar-aprel aylarında Azərbaycanın internet seqmentində 17 domen və 33 subdomen qeydiyyata alınıb.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən NUHÇIXAN-a bildirilib ki, apreldə Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılmış sorğuların sayı martla müqayisədə 55,5 faiz artaraq 362 ədəd təşkil edib. Apreldə mərkəzə daxil olan sorğulardan 96,1 faizinə baxılıb və təmin edilib. Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək müvafiq dövlət qurumlarına 8 hesabat təqdim olunub.
Apreldə Azərbaycan internet məkanında dövlət qurumlarına aid 7 domen və 11 subdomen qeydiyyatdan keçib. Ümumilikdə 4 ayın nəticələrinə görə, kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin sayı 1261 təşkil edib. Hesabat dövründə sorğuların 94,4 faizi baxılıb və təmin edilib. Bu müddət ərzində aparılan informasiya təhlükəsizliyinin yoxlanışı əsasında 73 hesabat hazırlanıb və müvafiq strukturlara göndərilib.