Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub.
Bu barədə NUHÇIXAN-a Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisəsə 3,1 % çoxdur.
Son 1 ildə muxtar respublikada adambaşına düşən ÜDM-in dəyəri isə 2,8 % artaraq 2 170 manat təşkil edib.
Xatırladaq ki, 7 ay ərzində Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,4 % çoxdur. O cümlədən, son 1 ildə ölkənin neft-qaz ÜDM-nin dəyəri 0,6 % azalaraq 22 milyard 916,5 milyon manata düşüb, qeyri-neft-qaz ÜDM-nin dəyəri isə 2,2 % artaraq 53 milyard 901,2 milyon manata çatıb.
