Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 322 milyon manatlıq sənaye məhsulu istehsal olunub.
Bu barədə NUHÇIXAN-a Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 % çoxdur.
Sənaye məhsulunun 285 milyon manatlıq hissəsi malların, 37 milyon manatlıq hissəsi xidmətlərin payına düşüb, 0,2 %-i mədənçıxarma, 83,2 %-i emal, 15 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,6 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Bundan başqa, 7 ay ərzində muxtar respublikada 239,9 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub. Bu isə 1 il əvvələ nisbətən 9,3 % çoxdur. İstehsalın 127,2 milyon manatlıq hissəsi bitkiçilik, 112,7 milyon manatlıq hissəsi isə heyvandarlıq üzrə olub.
Hesabat dövründə Naxçıvanda 4,2 milyon ton yük və 27,6 milyon sərnişin daşınıb. Bunlar isə illik müqayisədə müvafiq olaraq 1,1 % və 1 % çoxdur.
Eyni zamanda yanvar-iyul aylarında informasiya və rabitə xidmətlərinin dəyəri əvvəlki ilin eyni dövrünə nisbətən 63,4 % azalaraq 8,5 milyon manat olub. Xidmətlərin 37,7 %-i qeyri-dövlət sektorunda formalaşıb.
