Yeddi ayda nəqliyyat və anbar təsərrüfatı sahəsində 9,2 milyard manatlıq xidmət göstərilib

A- A A+

Bu ilin yanvar-iyul aylarında nəqliyyat və anbar təsərrüfatı sahəsində 9 milyard 206,6 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,1 faiz çox xidmət göstərilib.

Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, xidmətlərin 5 milyard 530,7 milyon manatı (60,1 faizi) yük daşınması, 2 milyard 522,9 milyon manatı (27,4 faizi) sərnişin daşınması, 1 milyard 153 milyon manatı (12,5 faizi) isə anbar təsərrüfatı və poçt xidmətlərinin payına düşüb.

Nəqliyyat sektorunda 140,8 milyon ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz çox yük daşınıb. Yüklərin 63 faizi avtomobil, 25,9 faizi boru kəməri, 7,4 faizi dəmir yolu, 3,6 faizi dəniz, 0,1 faizi hava nəqliyyatı ilə daşınıb.

Daşınmış sərnişinlərin sayı 1 milyard 290 milyon nəfər və ya ötən ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz çox olub. Sərnişinlərin 89,3 faizi avtomobil nəqliyyatı, 10 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: