Cari ilin yanvar-iyul ayları ərzində daşınmaz əmlak obyektləri üzrə 145 min 778 texniki pasport tərtib edilib, 36 min 779 ipoteka müqaviləsi qeydiyyata alınıb.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən NUHÇIXAN-a bildirilib ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı mülkiyyət hüquqlarının rəsmiləşdirilməsinə, əmlak əməliyyatlarının hüquqi etibarlılığının təmin olunmasına və daşınmaz əmlak bazarında şəffaflığın artırılmasına xidmət edir.
