Yaxın Şərqdəki istehsalçıların Körfəzdən böyük həcmdə neft göndərməyə davam etdiyi bildirilir

A- A A+

Yaxın Şərqdəki istehsalçılar İranla müharibə uzansa da, Körfəzdən böyük həcmdə xam neft göndərməyə davam edir.

NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, mənbələr bu miqdarın bazar proqnozlarından - gündəlik 4 milyon bareldən çox olduğunu bildirirlər. Həmin həcm dünyanın ən vacib enerji tranzit nöqtəsi olan Hörmüz boğazından gizli daşımalar sayəsində Oman körfəzindəki tankerlərə yüklənir.

Qeyd olunur ki, bölgədə neft ticarəti tankerlərə olunan son hücumlara baxmayaraq, tam gücü ilə davam edir. Gəmilər müəyyən hərbi qorumaya malik olsalar da, dəfələrlə hücuma məruz qalıblar. Bu gəmiçilik sistemi aylardır ki, davam edir. Lakin bu “gizli” gəmilərin nə qədər neft daşıdığını izləmək həm treyderlər, həm də analitiklər üçün çətindir, çünki gəmilər özlərini qorumaq üçün yerləri haqqında çox az məlumat verirlər.

Bu proses ABŞ-İran münaqişəsi başlayanda daha böyük təchizat şokuna hazırlaşan qlobal bazarlar üçün həyati bir xilasetmə xəttinə çevrilib. Lakin, bölgədəki istehsalçılar üçün vəziyyət normaldan çox uzaqdır. Həmçinin bu, neft qiymətlərini nəzarətdə saxlamağa və enerjiyə əsaslanan inflyasiya ilə bağlı narahatlıqları azaltmağa kömək edir.

Belə ki, neft treyderləri və analitiklərinin fikrincə, bu çətin şərtlərə baxmayaraq, daşımalar sayəsində “Brent” markalı xam neftin bir barrelinin qiymətinin 80-90 dollar arasında qalır. ABŞ və İran arasında sülh sazişinə olan ümidlərin azalması və Hörmüz boğazında tanker daşımalarının yavaşlaması bazarlarda geosiyasi risklərlə bağlı narahatlıqları yenidən artırıb. Ötən həftə həm “Brent”, həm də “Light” markalı neftin qiymətləri 5 faizdən çox artıb.

İranla müharibə başlamazdan əvvəl Hörmüz boğazından gündəlik təxminən 20 milyon barel neft keçirdi. Bu, dünya neft tədarükünün təxminən beşdəbiri idi. Hazırda bu göstərici müharibədən əvvəlki daşıma həcminin demək olar ki, yarısına bərabərdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: