Yanvar-iyul aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 milyard 463,2 milyon manat olmaqla, illik müqayisədə 4,9 faiz azalıb.
Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a verilən məlumata görə, neft məhsullarından mazut istehsalı 31,1 faiz, avtomobil benzinin istehsalı 2,3 faiz artıb, ağ neft istehsalı 20,3 faiz, neft bitumu istehsalı isə 42,2 faiz azalıb.
