Dünya bazarında misin qiyməti qlobal qeyri-müəyyənliklər fonunda cari il ərzində 13 faizdən çox bahalaşıb.
NUHÇIXAN xəbər verir ki, bu da əsasən məlumat mərkəzlərindən və bərpaolunan enerji investisiyalarından artan tələbat gözləntiləri ilə bağlıdır. Qiymətin artması, həmçinin mis istehsalının əhəmiyyətli gəlir mənbəyi olan mədən şirkətləri üçün də mənfəəti artırır. Hazırda misin bir tonunun qiyməti 14 min 157 dollar civarındadır.
Analitiklərə görə, mis bazarı qısamüddətli təklif sıxlığı ilə üzləşir və bu, bazarda qiymət dəyişkənliyini artırıb. Son iki gündə fyuçers müqavilələrinin qiyməti arasında fərq bir ton üçün 75 dollardan yüksək ticarət olub. Bu, yanvar ayından bəri müşahidə olunan ən yüksək qiymət artımıdır.
Bundan başqa, spot mis qiymətləri isə bazar ertəsi günü üç aylıq müqavilələr üzrə bir ton üçün 545 dollar yüksəlib. Bu, da qısa mövqeli investorların bazara təzyiqini artırıb.
Qeyd edək ki, beynəlxalq bazarlarda əsas metalların qiymətində kəskin dalğalanmalar qeydə alınır. İlin əvvəlində mis qiymətləri rekord həddə çatıb, ötən ilin noyabr ayının ortalarından bəri 20 faizdən çox, keçən il ərzində isə 42 faizədək bahalaşıb.
Mis məlumat mərkəzləri və elektriklə işləyən avtomobillərin batareyaları kimi sahələrdə geniş istifadə olunur.
