Azərbaycan mirvari, qiymətli metal və zərgərlik məmulatı ixracını 20 dəfədən çox artırıb

A- A A+

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın təbii və ya yetişdirilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, üzərinə qiymətli metal çəkilmiş metallar və onlardan hazırlanan məmulatlar, bijuteriya, sikkələr üzrə ixracının dəyəri 3 milyard 712 milyon 605 min dollar olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20,6 dəfə və ya 3 milyard 532,2 milyon dollar çoxdur.

NUHÇIXAN xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda deyilir.

Hesabat dövründə Azərbaycan 56 milyon 542,06 min dollar dəyərində təbii və ya yetişdirilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, üzərinə qiymətli metal çəkilmiş metallar və onlardan hazırlanan məmulatlar, bijuteriya, sikkələr idxal edib ki, bu da illik müqayisədə 66,9 dəfə və ya 3 milyard 723 milyon 655,8 min dollar azalma deməkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: