NUHÇIXAN xəbər verir ki, 2026-cı ilin yanvar–iyul aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 90,4 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31,1 faiz çoxdur.
Xarici ticarət dövriyyəsinin 7,5 milyon ABŞ dolları ixracın payına düşüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac 0,1 faiz artıb.
İxrac olunan məhsullar sırasında tütün məmulatları, vafli və vafli məmulatları, sement, elektrik enerjisi, alçıpan, mineral sular, travertin, şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları, aromatlaşdırılmış içkilər, şokolad və tərkibində kakao olan ərzaq məhsulları, buğda kəpəyi, soğan, məsaməli beton, çay və salfetka yer alıb.
Həmin məhsullar Gürcüstan, Qırğızıstan, İran, Yəmən, Türkiyə, İsrail, Suriya, İraq, Rusiya, Amerika Birləşmiş Ştatları, Qazaxıstan və Ukraynaya ixrac olunub.
