NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən bu ilin yanvar-iyul ayları ərzində ümumilikdə 5202 daşınmaz əmlak obyektinə dair texniki sənəd hazırlanıb. Bunlardan 1868-i daşınmaz əmlakın texniki pasportu, 3334-ü isə torpaq sahəsinin planı və ölçüsüdür.
Hesabat dövründə 512 torpaq sahəsi, 98 mənzil, 64 qeyri-yaşayış binası, 69 fərdi yaşayış evi və 44 qeyri-yaşayış sahəsi olmaqla, ümumilikdə 787 daşınmaz əmlak obyektinə yeni ünvan verilib. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 35 faiz çoxdur.
