Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 6,4 milyon manat sığorta haqqı toplanılıb.
NUHÇIXAN Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni aylarına nisbətən 7,3 faiz çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə keçən ilin müvafiq ayları ilə müqayisədə 26,9 faiz artaraq 671,4 milyon manat təşkil edib.
