Laçında Azərbaycanla Ermənistan arasında elektrik enerjisinin idxalı və ixracı imkanları müzakirə edilib
Avqustun 25-də Laçın şəhərində Azərbaycanın Energetika Nazirliyinin və “Azərenerji” ASC-nin, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin və “Elektrik Enerjisi Sisteminin Operatoru” şirkətinin nümayəndələrinin işgüzar görüşü keçirilib.
Nazirlər Kabinetindən NUHÇIXAN-a bildiriblər ki, görüşdə tərəflər iki ölkə arasında elektrik enerjisinin idxalı və ixracı imkanlarını, eləcə də bu məqsədlə iki ölkənin enerji infrastrukturlarının dövlət sərhədində əlaqələndirilməsinin mümkün variantlarını müzakirə ediblər.
