“Sabah”ın oyunu ilə əlaqədar stadionun qarşısındakı mübadilə mərkəzinə avtobusların girişi məhdudlaşdırılıb

A- A A+

Avqustun 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunu ilə əlaqədar stadionun qarşısındakı Nəqliyyat-Mübadilə Mərkəzinə avtobusların girişi məhdudlaşdırılıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) NUHÇIXAN-a bildirilib ki, xüsusi avtobus zonası oyuna üz tutacaq azarkeşlərin ixtiyarına verilərək onların maneəsiz hərəkətləri təmin olunacaq.

Məhdudiyyətlə əlaqədar müntəzəm marşrutların, eləcə də M5 və M6 nömrəli ekspres avtobusların dayanacaq yeri dəyişdirilərək müvəqqəti olaraq “Gənclik Mall”un qarşısındakı dayanacaqdan təşkil edilib.

Qeyd edək ki, oyun müddətinin uzadılmasından asılı olaraq metronun bağlanması ilə əlaqədar yaradılmış ekspres marşrutların iş saatı artırıla bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: