“Brent” markalı xam neftin bir barelinin qiyməti 90 dollardan aşağı düşüb.
NUHÇIXAN xəbər verir ki, hazırda Londonun ICE birjasında “Brent”in bir bareli 89,66 dollara ticarət olunur və qiymət gün ərzində 2,5 faiz azalıb. Nyu-Yorkun NYMEX birjasında isə “Light” markalı xam neftin bir barelinin qiyməti 82,50 dollar civarındadır.
Ekspertlərin fikrincə, ABŞ-nin İrana iqtisadi təzyiqi artırmaq planı neft qiymətlərinin aşağı istiqamətli dəyişməsinə təsir göstərir.
