Bu il avqustun 1-nə Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri 60 milyard 979,9 milyon manat təşkil edib.
NUHÇIXAN Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz çoxdur.
Hesabat dövrünə bankların cəmi öhdəlikləri 53 milyard 330,2 milyon manat, balans kapitalı 7 milyard 649,7 milyon manat olub. İyul ayında bankların cəmi aktivləri, cəmi öhdəlikləri və balans kapitalı isə 0,1 faiz artıb.
