Cari ilin iyul ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 8,5 faiz artaraq 43 milyard 841,8 milyon manat təşkil edib.
NUHÇIXAN Mərkəzi Banka istinadla xəbər verir ki, bank sektorunun xarici öhdəlikləri ilin əvvəli ilə müqayisədə 29,5 milyon manat azalaraq 3 milyard 232,3 milyon manat olub.
Xarici öhdəliklərdəki qeyd edilən dəyişiklik əsasən qeyri-rezident banklardan cəlb olunmuş qısamüddətli depozitlərin həcmindəki azalma ilə əlaqədardır.
