“Bitcoin”in qiyməti yenidən 80 min dollara yaxınlaşıb

A- A A+

Kriptovalyuta bazarında son sutka ərzində əsasən müsbət dinamika müşahidə olunub.

NUHÇIXAN xəbər verir ki, “CoinMarketCap” platformasında “Bitcoin” son 24 saatda 1,26% bahalaşaraq 79 828,21 ABŞ dollarına yüksəlib.

“Ethereum” 0,09% artaraq 2 491,86 dollara, BNB 0,97% bahalaşaraq 709,52 dollara çatıb. “Zcash” 0,87%, “Bittensor” 2,59%, “Monero” isə 5,75% bahalaşıb. “Bitcoin Cash” isə 0,75% ucuzlaşaraq 264,41 dollara enib.Qızıl əsaslı kriptovalyutalarda isə ucuzlaşma qeydə alınıb. “PAX Gold” (PAXG) son sutkada 1,04% ucuzlaşaraq 4 574,08 dollara, “Tether Gold” (XAUT) isə 0,96% azalaraq 4 570,50 dollara düşüb.
Kriptovalyuta bazarının ümumi kapitallaşması son sutkada 0,93% artaraq 2,68 trilyon dollara yüksəlib.
“Bitcoin”in bahalaşmasına bazarda risk iştahının yüksək qalması və kriptovalyutalara investor tələbinin davam etməsi dəstək verir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: