Füzuli və Qəbələdə hərrac vasitəsilə 2 faydalı qazıntı yatağı istifadəyə verilib

A- A A+

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərracların təşkili davam etdirilir.

Dövlət Xidmətindən NUHÇIXAN-a bildirilib ki, faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı keçirilən növbəti hərracda Füzuli rayonunda yerləşən “Arayatlı” qum-çınqıl yatağı (38,7 ha) və Qəbələ rayonunda olan “Bumçay” qum-çınqıl yatağı (27,5 ha) istifadəyə verilib.

Hərracın nəticələri (yekun qiymət, hərracın qalibləri və digər məlumatlar) ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq mümkündür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: