“Bitcoin”in qiyməti yenidən 78 min dollardan aşağı düşüb

A- A A+

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə ucuzlaşma müşahidə olunur.

NUHÇIXAN xəbər verir ki, “CoinMarketCap” platformasında “Bitcoin” son 24 saatda 1,59% ucuzlaşaraq 77 459,47 ABŞ dollarına enib.

“Ethereum” 2,50% azalaraq 2 411,26 dollara, BNB 0,90% ucuzlaşaraq 687,23 dollara düşüb. “Zcash” 2,32% geriləyərək 837,14 dollara, “Monero” 0,59% azalaraq 513,94 dollara, “Bittensor” isə 4,55% ucuzlaşaraq 220,05 dollara enib.

Qızıl əsaslı kriptovalyutalarda da kəskin ucuzlaşma qeydə alınıb. “PAX Gold” (PAXG) son sutkada 2,83% azalaraq 4 312,87 dollara, “Tether Gold” (XAUT) isə 2,88% ucuzlaşaraq 4 303,51 dollara düşüb.

“CoinMarketCap 20” indeksi son 24 saatda 1,60% azalaraq 158,58 bənd təşkil edib.

Kriptovalyuta bazarındakı enişə əsasən ABŞ-da faiz dərəcələrinin daha uzun müddət yüksək qala biləcəyi ilə bağlı gözləntilər və bunun fonunda riskli aktivlərə tələbin zəifləməsi təsir göstərir. Eyni zamanda, son həftələrdə güclü bahalaşmadan sonra investorların mənfəəti realizə etməsi də kriptovalyutalara satış təzyiqini artırır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: