Azərbaycan və Səudiyyə Ərəbistanı arasında "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) bu ölkəyə uçuşları ilə bağlı mövcud vəziyyət müzakirə edilib.
NUHÇIXAN xəbər verir ki, bunu AZAL-ın İdarə Heyətinin sədri Samir Rzayevin Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cüteyli ilə görüşündə bildirib.
Bu gün keçirilən görüşdə ölkələr arasında dostluq münasibətləri və aviasiya sahəsində əməkdaşlığın perspektivləri üzrə fikir mübadiləsi aparılıb.
S. Rzayev bildirib ki, regionda baş verən geosiyasi proseslərin hava nəqliyyatına təsirini və AZAL-ın Səudiyyə Ərəbistanına uçuşları ilə bağlı mövcud vəziyyət müzakirə edilib: "Həmçinin AZAL-ın inkişaf strategiyası, donanmanın genişləndirilməsi və marşrut şəbəkəsinin inkişafı barədə danışdıq. İnanıram ki, birgə səylərimiz Azərbaycan və Səudiyyə Ərəbistanı arasında aviasiya əlaqələrinin genişlənməsinə və sərnişinlər üçün yeni səyahət imkanlarının yaranmasına xidmət edəcək".
