ABŞ-nin neft ehtiyatları proqnozlardan 10 dəfə çox azalıb

A- A A+

ABŞ-nin kommersiya xam neft ehtiyatları azalıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 4 milyon 500 min barel azalaraq 424 milyon 500 min barel olub. Bazar proqnozları ehtiyatların 400 min barel azalacağı istiqamətində idi.

Birləşmiş Ştatların kommersiya ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları da 3 milyon 100 min barel geriləyərək 286 milyon 600 min barel olub. Ölkənin benzin ehtiyatları isə hesabat həftəsində 1 milyon 200 min barel azalaraq 205 milyon 700 min barel təşkil edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: