Azərbaycanda vahid kibertəhlükəsizlik platforması yaradılır

A- A A+

Azərbaycanda vahid kibertəhlükəsizlik platformasının yaradılmasına başlanılıb.

NUHÇIXAN xəbər verir ki, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Milli Kibertəhlükəsizlik Agentliyi hazırlıqlara başlayıb.

Platformaya təxminən 436 min manat xərclənməsi nəzərdə tutulur.

Sistem xeyli sayda moduldan ibarət olacaq, Agentliyin əməkdaşları üçün təhdid kəşfiyyatı məlumatlarının paylaşılması, hadisə və indikatorların paylaşılması, təşkilatların qoşulması, sorğuların yaradılaraq izlənilməsi, sorğu anketlərin göndərilməsi, faylların "sandbox" mühitində analizi, təhlükəsizlik boşluqları və nüfuzetmə testlərinin tapıntılarını qarşı tərəfə ötürülməsi, eləcə də resurs kitabxanası (ing. "knowledge base") ilə əlaqəli funksiyaları təmin edəcək.

Bu məsələ, Prezident İlham Əliyevin 27 fevral 2026-cı il tarixli "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planında öz əksini tapıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: