Bal yarmarkasında iştirak üçün qeydiyyat başlayır

A- A A+

Kənd Təsərrüfatı Nazirliyi tabeliyində fəaliyyət göstərən Aqrar Tədarük və Təchizat ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə Arıçılıq məhsullarının 26-cı Respublika sərgi-satış yarmarkasına qeydiyyat başlayır.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən NUHÇIXAN-a bildirilib ki, bal yarmarkasında iştirak etmək istəyən arıçılar üçün qeydiyyat sentyabrın 7-də saat 11:00-dan sentyabrın 9-da saat 23:59-dək bal.kendden.az portalı üzərindən onlayn qaydada həyata keçiriləcək. Qeydiyyat yalnız Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) 2026-ci il sentyabrın 1-dək minimum 40 arı ailəsi ilə təsərrüfatlarını bəyan etmiş fermerlər üçün açıq olacaq. Yarmarkada iştirak hüququ qazanmış arıçılara isə SMS vasitəsilə məlumat veriləcək.

Arıçı fermerlərin hər biri yarmarkada maksimum 450 kiloqram bal (qablaşdırma ilə birlikdə) və 30 ədəd arı şanı satışa çıxara bilərlər. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən məhsullardan saxaroza nümunələri götürülərək laboratoriya şəraitində yoxlanılacaq. Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar yarmarkada satışa buraxılmayacaq.

Qeyd edək ki, yarmarkaya müraciət və analizlər ödənişli şəkildə həyata keçiriləcək. Yarmarkada iştirak edən arıçılar satış yeri, lazımi ləvazimatlar, marketinq və PR dəstəyi, eyni zamanda, digər zəruri xidmətlərlə təmin olunacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: