Aroniya bağlarına 7500, qızılgül əkinlərinə 6000 manat subsidiya veriləcək

A- A A+

Aqrar Subsidiya Şurası qərarı ilə yüksək əlavə dəyər və ixrac potensialına malik yeni bitkilərin əkininin təşviqi məqsədilə bağçılıq subsidiyalarının əhatə dairəsi genişləndirilib.

NUHÇIXAN xəbər verir ki, aroniya bağlarının salınmasına görə birdəfəlik 7500 manat/hektar, açıq sahədə efir yağı istehsalı məqsədilə qızılgül əkinlərinə isə 6000 manat/ hektar subsidiya veriləcək.

Kiçik (butik) şərabçılığın inkişafı da yeni dövlət dəstəyi istiqamətlərindən biri olacaq. Bu istiqamətdə yerli üzüm sortlarından premium şərab istehsalı, aqroturizmin inkişafı və ixrac yönümlü mikrobrendlərin yaradılması təşviq ediləcək. Təqdim edilən modeldə 5-20 hektar olmaqla super-intensiv üzüm bağları üçün 20 min manat/ hektar, intensiv üzüm bağları üçün isə 10 min manat/hektar bağçılıq subsidiyası nəzərdə tutulur. 2030-cu ilədək 20 yeni butik şərab evinin yaradılması hədəflənir.

Qeyd edək ki, Aqrar Subsidiya Şurası yeni dövlət dəstəyi mexanizmlərini təsdiqləyib. Qərara görə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda müəyyən edilmiş kənd təsərrüfatında məhsuldarlığın və istehsalın artırılması, müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, emal və ixrac yönümlü istehsalın təşviqi, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması, eləcə də ölkənin ərzaq təminatının gücləndirilməsi hədəflərinə uyğun olaraq yeni subsidiya mexanizmləri və subsidiya şərtlərində dəyişikliklər təsdiq edilib. Yeni qərarla bitkiçiliklə yanaşı, heyvandarlıq və balıqçılıq sahələrində də bir sıra yeni subsidiyalar tətbiq olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: