Bağçılıq subsidiyalarının şərtləri sadələşdirilir

A- A A+

Bağların salınması zamanı fermerlərin subsidiya əldə etməsini asanlaşdırmaq məqsədilə bir sıra mövcud tələblər sadələşdirilib.

NUHÇIXAN xəbər verir ki, bütün ölkə üzrə bağların salınması zamanı sertifikatlı ting tələbi saxlanılmaqla torpağın elektrik keçiriciliyi – EC və viruslardan azad olma ilə bağlı analiz tələbi aradan qaldırılır. İntensiv texniki və süfrəlik üzüm bağlarına verilən bağçılıq subsidiyası bütün ölkə ərazisinə şamil edilir. İntensiv zeytun bağlarında minimum sahə tələbi 50 hektardan 5 hektara, Naxçıvan MR-də isə bütün bağlar üzrə minimum sahə tələbi 1 hektara endirilir.

Eyni zamanda intensiv püstə bağları üzrə yüksəklik həddi 1000 metrədək artırılır. Qarabağ və Şərqi Zəngəzurda nar üzrə minimum yüksəklik tələbi ləğv edilir, zeytun üzrə maksimal yüksəklik 300 metrədək artırılır, Naxçıvanda isə qoz bağları üzrə minimum yüksəklik tələbi aradan qaldırılır.

Qeyd edək ki, Aqrar Subsidiya Şurası yeni dövlət dəstəyi mexanizmlərini təsdiqləyib. Qərara görə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda müəyyən edilmiş kənd təsərrüfatında məhsuldarlığın və istehsalın artırılması, müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, emal və ixrac yönümlü istehsalın təşviqi, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması, eləcə də ölkənin ərzaq təminatının gücləndirilməsi hədəflərinə uyğun olaraq yeni subsidiya mexanizmləri və subsidiya şərtlərində dəyişikliklər təsdiq edilib. Yeni qərarla bitkiçiliklə yanaşı, heyvandarlıq və balıqçılıq sahələrində də bir sıra yeni subsidiyalar tətbiq olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: