Emal müəssisələrinə təhvil verilən südə subsidiya veriləcək

A- A A+

Ölkədə süd istehsalının artırılması, süd emalı müəssisələrinin yerli xammalla təminatının yaxşılaşdırılması və bu sahədə uçotun təkmilləşdirilməsi məqsədilə süd üzrə yeni məhsul subsidiyası tətbiq ediləcək.

NUHÇIXAN xəbər verir ki, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) tədarükçü kimi qeydiyyatdan keçən süd emalı müəssisələrinə və süd toplama məntəqələrinə təhvil verilən soyudulmuş xam südün hər litrinə 7 qəpik, yaxud hər tonuna 70 manat subsidiya veriləcək. Kooperativlər vasitəsilə təhvil verilən süd üzrə subsidiya məbləği əlavə olaraq 20 faiz artırılacaq. Dəstək EKTİS-də bəyan, heyvanların identifikasiyası, sığorta, südün soyudulması və müəyyən edilmiş keyfiyyət tələblərinə əməl olunması şərti ilə tətbiq ediləcək.

Qeyd edək ki, Aqrar Subsidiya Şurası yeni dövlət dəstəyi mexanizmlərini təsdiqləyib. Qərara görə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda müəyyən edilmiş kənd təsərrüfatında məhsuldarlığın və istehsalın artırılması, müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, emal və ixrac yönümlü istehsalın təşviqi, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması, eləcə də ölkənin ərzaq təminatının gücləndirilməsi hədəflərinə uyğun olaraq yeni subsidiya mexanizmləri və subsidiya şərtlərində dəyişikliklər təsdiq edilib. Yeni qərarla bitkiçiliklə yanaşı, heyvandarlıq və balıqçılıq sahələrində də bir sıra yeni subsidiyalar tətbiq olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: