Qobustanda daha bir körpünün inşası başa çatıb

A- A A+

M-2 Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisində yerləşən daha bir körpünün inşası başa çatıb.

NUHÇIXAN Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, cəmi 38 gün ərzində mövcud körpü sökülərək onun yerində müasir norma və standartlara cavab verən yeni biraşırımlı körpü inşa edilib. Körpünün dayaqları və aşırım qurğusu tikilib, yanaşma hissələri abadlaşdırılıb, təhlükəsizlik çəpərləri, səki və digər yol infrastrukturu elementləri quraşdırılıb.

Xatırladaq ki, bir müddət əvvəl magistral yolun Bakı istiqamətində yerləşən körpü də yenidən inşa edilərək istifadəyə verilmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: