Naxçıvan Muxtar Respublikasında bu il sentyabrın 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 10,1 faiz artaraq 24 min 608 təşkil edib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən NUHÇIXAN-a bildirilib ki, aktiv ƏDV ödəyicilərinin sayı isə 10,3 faiz artaraq 664 olub. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı 20,0 faiz artıb və 7,306 təşkil edib.
