Ölkədə muzdla çalışan işçilərin sayı artıb

A- A A+

Bu il avqustun 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı illik müqayisədə 0,72 faiz və ya 12,7 min nəfər artaraq 1781,1 min nəfər olub.

NUHÇIXAN xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, onlardan 836,9 min nəfəri dövlət sektorunda, 944,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla çalışan işçilərin 18,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 17,5 faizi təhsil, 13,9 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8 faizi tikinti, 6,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 2,5 faizi maliyyə və sığorta fəaliyyəti, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 15,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: