“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu ilin yanvar-avqust aylarında 7,3 milyondan çox sərnişin daşıyıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz çoxdur.
QSC-dən NUHÇIXAN-a bildirilib ki, qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 6,9 milyon (17 faiz artım), rayonlararası marşrutlarla 396 min (15 faiz artım), beynəlxalq Bakı-Tbilisi-Bakı marşrutu ilə isə 53 min sərnişin səfər edib.
Bu ilin avqust ayında ümumi sərnişindaşımada (913 min 568) 24 faiz artım qeydə alınıb.
