Hörmüz boğazında gəmi trafiki təkrəqəmli göstəriciyə enib

A- A A+

Hörmüz boğazından keçən gəmilərin sayı ötən gün 7-yə düşüb. Bu rəqəm əvvəlki gün 11, son 10 gün üzrə orta göstərici isə 15 olub.

NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, həmin 7 gəmidən 2-si boğazdan çıxıb. Tankerlərdən biri gübrə daşıyıb, digəri isə boş üzüb. Boğaza daxil olan 5 tanker - quru yük daşıyan “Panamax”, polad daşıyan “Handysize”, taxıl daşıyan “Handysize”, neft məhsulları daşıyan tanker və quru yük daşıyan “Supramax” gəmiləridir.

Bundan başqa, “QatarEnergy” ilə əlaqəli iki boş gəmi – “Al Ghashamiya” və “Al Daayen” müvafiq olaraq 9 və 6 sentyabr tarixlərində Hörmüz boğazında müşahidə olunub. Gəmilər əvvəllər isə 6 və 3 sentyabr tarixlərində boğazın kənarında müşahidə edilmişdi.

Həmçinin ötən gün Bab əl-Məndəb boğazından 26 gəmi keçib. Onlardan 10-u boğaza daxil olub, 16-sı isə buradan çıxıb.

Qeyd edək ki, Yaxın Şərqdəki müharibədən əvvəl Hörmüz boğazından gündəlik 125 böyük gəmi keçirdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: