Bu ilin yanvar-avqust aylarında ölkədə faktiki qiymətlərlə 10 milyard 57,4 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib. İstehsalın fiziki həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz artıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Heyvandarlıq məhsullarının istehsalı 2 faiz, bitkiçilik məhsullarının istehsalı isə 3,1 faiz çoxalıb. Məhsulun 50 faizi bitkiçiliyin, 50 faizi heyvandarlığın payına düşür.
Yanvar-iyul dövründəki 2,8 faizlik göstərici avqust ayının sonuna 2,6 faizə enib. Bitkiçilik sahəsində artım tempi 3,2 faizdən 3,1 faizə, heyvandarlıq sahəsində isə 2,4 faizdən 2 faizə düşüb.
