Bu il nəqliyyat və anbar təsərrüfatı xidmətləri 9 faizədək artıb

A- A A+

Bu ilin yanvar-avqust aylarında nəqliyyat və anbar təsərrüfatı sahəsində 10 milyard 931,9 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,7 faiz çox xidmət göstərilib.

Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, xidmətlərin 6 milyard 495,8 milyon manatı (59,4 faizi) yük daşınması, 3 milyard 71,5 milyon manatı (28,1 faizi) sərnişin daşınması, 1 milyard 364,6 milyon manatı (12,5 faizi) isə anbar təsərrüfatı və poçt xidmətlərinin payına düşür.

Nəqliyyat sektorunda 162,7 milyon ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz çox yük daşınıb. Yüklərin 63,4 faizi avtomobil, 25,3 faizi boru kəməri, 7,5 faizi dəmir yolu, 3,6 faizi dəniz, 0,2 faizi hava nəqliyyatı ilə həyata keçirilib.

Daşınmış sərnişinlərin sayı 1491,1 milyon nəfər və ya ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz çox olub. Sərnişinlərin 89,8 faizi avtomobil nəqliyyatı, 9,5 faizi metro, 0,7 faizi isə digər nəqliyyat növləri ilə daşınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: