Babəkdə təsərrüfatla bağlı maarifləndirici tədbir keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Babək rayonunda  ailə təsərrüfatı sahiblərinin iştirakı ilə mədəni və yabanı dərman bitkilərinin toplanması, qurudulması və tədarükü qaydaları ilə bağlı marifləndirici tədbir keçirilib.

Qeyd edilib ki, muxtar respublikanın faunasında olan 3050-dən  artıq bitki müalicəvi əhəmiyyətlidir. Bu dərman bitkiləri Babək rayonu ərazisində də geniş yayılıb. Bəzi ailə təsərrüfatları bu dərman bitlilərinin  toplanması ilə məşğul olurlar. Dərman bitkilərinin etiketləşdirilməsi və qablaşdırılması bu məhsulların Naxçıvan bazarı ilə yanaşı Bakı şəhəri, həmçinin xaricə ixrac imkanlarını da genişləndirir.

Bundan əlavə Naxçıvan Biznes Mərkəzində ailə təsərrüfatları ilə bağlı ayrı guşə yaradılıb ki, hər bir təsərrüfat sahibi öz məhsullarını  buranı  ziyarət edən qonaqlara tanıda bilər.

Sonda təsərrüfat sahiblərini maraqlandıran suallar cavablandırılıb. Onlara dərman bitkilərinin toplanması, qurudulması qaydaları ilə bağlı  bukletlər paylanılıb. Qeyd edək ki, Babək rayonunda səksənə yaxın ailə təsərrüfatı var.

                                                                            Novruz Məmmədov

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: