Cari ilin yanvar-avqust aylarında muxtar respublikada 365 milyon 829 min 900 manatlıq sənaye məhsulu istehsal edilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN bildirilib ki, bu, 2025-ci ilin müvafiq dövründəki göstəricidən 4,5 faiz çoxdur. Sənaye məhsulunun 324 milyon 544 min 800 manatı və ya 88,7 faizi malların, 41 milyon 285 min 100 manatı və ya 11,3 faizi isə xidmətlərin payına düşüb.
Ümumi sənaye məhsulunun 0,2 faizi mədənçıxarma, 83,1 faizi emal, 15,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
