Bu ilin yanvar-avqust aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 159 milyon 324 min 100 manat investisiya yönəldilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a ki, bu, bir il öncəki göstəricidən 28,5 faiz çoxdur.
İstifadə olunmuş investisiyanın 77 milyon 174 min 800 manatı və ya 48,5 faizi məhsul istehsalı sahələrinə, 22 milyon 47 min manatı və ya 13,8 faizi xidmət sahələrinə, 60 milyon 102 min 300 manatı və ya 37,7 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş investisiyaların 128 milyon 299 min 700 manatı və ya 80,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 38,5 faiz çoxdur.
