2027-ci il üçün Azərbaycanda təhsil və səhiyyə sektoru üçün nəzərdə tutulan xərclərin miqdarı açıqlanıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə məlumat Maliyyə Nazirliyinin 2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında öz əksini tapıb.
Məlumata görə, gələn ilin dövlət büdcəsinin parametrləri üzrə təhsil sektoruna 5 milyard 98,2 milyon manat, səhiyyə sektoruna isə 3 milyard 962,8 milyon manat vəsait ayrılması nəzərdə tutulub.
Bu səhələr üzrə müvafiq olaraq 11 və 8 proqramın həyata keçirilməsi planlaşdırılır.
